[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Xəbərlər » Çox maraqlı » Ayri-Ayri olkelerde toy adetleri
Ayri-Ayri olkelerde toy adetleri
GanGZaman: Çərşənbə axşamı, 2008-09-02, 7:52 PM | Mesaj # 1
Root Admin
Qrup: Admin
Mesaj: 824
Reputasiya: 0
Vəziyyət: (offline)

Azərbaycan

Bizim adət və ənənələrimiz bir çox ölkələr kimi olduqca çeşidli və əyləncəlidir. Bölgələrimizə görə fərqlilik göstərən adətlərimizdən bir neçəsini sayarsaq:

Gəlinin belinə oğlanın qardaşı vəya atası tərəfindən qırmızı lent bağlanılır.
Gəlin və bəyə bir-birlərinə can deyib can eşidmələri üçün 1 qaşıq bal yedirirlər.
Gəlin və bəyin üstünə evliliklərinin bərəkətli olması üçün düyü, konfet və xırda pul da səpələyirlər.
Qız artıq oğlan evinə gəldikdə yerə boşqab yerləşdirib gəlinin qırmasını tələb eləyirlər.
Nigah mərasimi zamanı bəylə gəlin bir-birilərinin ayağını taptayırlar. Batil inanca görə ilk ayaq taptalayanın sözü daima keçərli olur.

Türkiyə

Türkiyədəki toy adətləri şəhərlərdə və kəndlərdə yaşayanlara görə xeyli fərqləndiyi kimi bölgələrə və etnik qruplara görə də dəyişiklik göstərir. Şəhərlərdə gəlin və bəyin paltarına pul və ya qızıl taxılır. Kəndlərdə isə gəlin üçün başlıq pulu tələb edilir. Türk məşhur atalar sözünə əsasən "At, arvad və silah" bəyə tapança hədiyyə edilir. Ayrıca mərasimdə silahlardan atəş açılır.

Yaponiya

Gəlinlə bəyə nə az nə də çox tam doqquz damcı "sake" içirirlər. Yalnız ilk qurtumdan sonra ər-arvad hesab olunurlar. Bu öz daşıdıqları inanclara görə həyata keçirilir. Bir masada qarşı-qarşıya oturaraq bir-birinin gözlərinin içinə baxır və hər qurtumu eyni anda içməyə çalışır və fincanı eyni anda masaya qoymağa çalışırlar. Daşıdıqları qədim inanclarına əsasən fincanı masaya gec qoyan kəs dünyasını ilk dəyişəcəkdir.

Polşa

Polşada toy adətlərindən birisi də gəlin və bəyin paltarına pul taxılmasıdır. Təbii bu adət yeni qurulacaq ailəyə yardım məqsədilə başlamışdı. Artıq isə bu biraz daha əyləncəli hala dönüşmüşdür. Çünkü gəlin və bəyin paltarına pul taxdıqdan sonra rəqs tələb olunur.

Rumuniya

Gəlin və bəyin üstünə qonaqlar tərəfindən şirniyyat və fındıq atılır.

İsveç

Qədim vaxtlarda gəlnlə bəyi uğursuz qara qüvvələrdən qorumaq üçün gəlinin əlinə xoşagəlməz qoxulu bitki və toxumlar tutuşdurulurdu. Mərasimə daxil olan olan gəlinin əlində artıq xoşagəlməz bitki və toxumların yerinə xoş ətirli və gözəl güllər yer almaqdadır.


İsveçrə

Biraz maraqlı olan bu adəti həyata keçirmək üçün az yaşlı bir qız seçilir. Mərasimdə bu qız rəngarəng yaylıqları gələn qonaqlara paylayır. Mərasimin sonuna yaxın isə həmin yaylıqları geri toplayır. Bu vaxt müəyyən miqdarda pul da toplanır. Daha sonra isə dəstək məqsədilə toplanılmış pullar yeni evlilərə təqdim olunur.

Hindistan

Hind toylarının ən vacib və ən önəmli aksesuarlarından biri də güldür. Hindistanın nəsillərdən bəri gələn çoxlu toy adətləri mövcuddur. Bunlardan gül ilə əlaqəli olan birisi, gəlinlə bəy nigaha daxil olduqları zaman bəyin qardaşının və ya yaxınının təfərindən başlarına gül ləçəklərinin səpilməsidir.

Forum » Xəbərlər » Çox maraqlı » Ayri-Ayri olkelerde toy adetleri
  • Page 1 of 1
  • 1
Search:

Investigationes
CHARLES S. ANDREWS
3139 Brownton Road
Long Community, MS 38915



+7 495 287-42-34 info@ucoz.com
Mirum
sample map