[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Xəbərlər » Bizim shou biznes » Soyunan show biznes
Soyunan show biznes
GanGZaman: Çərşənbə axşamı, 2008-09-02, 8:01 PM | Mesaj # 1
Root Admin
Qrup: Admin
Mesaj: 824
Reputasiya: 0
Vəziyyət: (offline)

Soyunandan sonra bir mahnıda deyildiyi kimi, açılır eşqin qapısı həmin müğənnilərin üzünə. Sponsor-sevgililər düzlür bir-birinin ardınca… Daha bundan sonra müğənninin nə dərdi olacaq?! «Soyunmaq siyasəti»ni şou-biznesimizə ilk dəfə əməkdar artist Aygün Kazımova gətirib desək, yanılmarıq. Xatirinizdədirsə, müğənni xanım bir müddət səhnədən uzaq düşsə də, möhtəşəm dönüş elədi. Təbii, bədəninin sayəsində… O, jurnalların üz qabığını çılpaq şəkilləri ilə bəzədi. Sonra zöhrəvi xəstəliklərdən qorunmaq üçün çəkilən reklam çarxlarının qəhrəmanına çevrildi. Bununla da Aygün Kazımova el arasında özünə əməlli-başlı ad qazanmış oldu. Sonralar estafeti Röya ələ aldı. Aygün Kazımova kimi kamera qarşısında soyunan Röya məşhurluğunun pik nöqtəsinə məhz bu yolla çatdı. Bədənini xalqa nümayiş etdirən Röya, sonralar mahnıları ilə də musiqisevərlərin qəlbini fəth edə bildi. Şou-biznesdə «Pişik» ləqəbi ilə tanınan müğənni Günel də bu yolun quludur. Yəni o, sırf bədənini reklam etdirmək məqsədilə sənətə gəlib. Onun yaxın rəfiqəsi Bagira da əndamını bəh-bəhlə camaatın gözünə soxur. Maraqlı məqamlardan biri də odur ki, əksər hallarda yaşlı sənətçilərimiz də şeytana uyub soyunurlar. Xalq artisti İlhamə Quliyevanın vaxtilə açıq-saçıq geyimlərdə efirlərdə görünməsi yəqin xatirinzdədir. «Elit star» Cəmilənin isə açıq-saçıq geyimləri bir yana, hətta çılpaq şəkilləri adamda ikrah hissi oyadır. Sənətçilərimizin özlərini əcnəbilərə oxşatmaq cəhdləri, zənnimizcə, kobud təqliddən başqa bir şey deyil. Təsəvvür edin, Ancelina Coli və müğənni Cəmilə... Yaxud da Aygün Kazımova ilə Madonna… Qəribə təzaddır, elə deyilmi?! Yeri gəlmişkən, Britni Spirs Amerika şou-biznesinin «bozbaş» müğənnisi hesab edilir, hər zaman kamera qarşısında lütləndiyinə görə… Bizdə isə əksinə, soyunan ifaçılar, ən elitni müğənnilər hesab olunur!.. Onsuz da indi sənətə gələn müğənniləri musiqidən daha çox maddi vəziyyətlərini yaxşılaşdırmaq – böyük malikanələrdə yaşamaq, bahalı avtomobillərdə gəzmək, bu paltarı soyunub, o birisini geyinmək maraqlandırır. Görəsən, təkcə geyinməkmi?..

heweratZaman: Bazar ertəsi, 2008-09-29, 9:42 PM | Mesaj # 2
Qrup: Yeni istifadəçi
Mesaj: 51
Reputasiya: 0
Reproofs: 0%
Vəziyyət: (offline)
goresen ne vaxta qeder soyunacaqlar? biggrin

Horumcek toru
Forum » Xəbərlər » Bizim shou biznes » Soyunan show biznes
  • Page 1 of 1
  • 1
Search:

Investigationes
CHARLES S. ANDREWS
3139 Brownton Road
Long Community, MS 38915



+7 495 287-42-34 info@ucoz.com
Mirum
sample map