[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Xəbərlər » Bizim shou biznes » Tünzalə Ağayeva
Tünzalə Ağayeva
GanGZaman: Cümə axşamı, 2008-07-24, 11:54 PM | Mesaj # 1
Root Admin
Qrup: Admin
Mesaj: 824
Reputasiya: 0
Vəziyyət: (offline)
Tünzalə Ağayeva 5000 manat cərimə olundu
Müğənnini həbs cəzası da gözləyir.

1 saylı Bakı Apellyasiya Məhkəməsi tanınmış müğənni Tünzalə Ağayevaya qarşı 5000 manat cərimə kəsib. Bu barədə məlumatı "OLAYLAR"a vəkil Firudin Ələkbərli verib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsi Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyevin Nərimanov rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə prorses keçirib və şikayəti təmin edib. Rəhman Əliyevlə Tünzalə Ağayeva arasındakı rəsmi nikah müqaviləsinin pozulması ilə bağlı müğənninin Nərimanov rayon məhkəməsinə qaldırdığı iddia təmin edilsə də, Rəhman Əliyevin əmlak tələbinə dair qarşılıqlı iddiası əsassız olaraq rəd edilmişdi. Rəhman Əliyevin qərardan verdiyi apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilərək Tünzalə Ağayevaya qarşı əmlak tələbinə dair 5000 manat təzminat kəsilib. Qərarın icrası Nərimanov rayon məhkəməsinə göndərilsə də, Tünzalə Ağayeva bu məbləği ödəməyib. Firudin Ələkbərli bildirib ki, Nəsimi rayon məhkəmə qərarlarının icraçıları şöbəsi cərimənin ödənilməsilə bağlı müğənniyə iki dəfə xəbərdarlıq edib: "Artıq iki dəfə xəbərdarlıq edilib. Amma müğənni hələ də bu məbləği ödəməkdən imtina edib. Məhkəmə qərarlarının icraçıları şöbəsinə bu barədə müraciət etmişik. Şöbədən bildiriblər ki, onlar Tünzalə Ağayevaya sonuncu xəbərdarlıq ediblər. Əgər qərar icra olunmasa, müğənniyə qarşı cinayət işi başlanacaq və o məsuliyyətə cəlb ediləcək
Forum » Xəbərlər » Bizim shou biznes » Tünzalə Ağayeva
  • Page 1 of 1
  • 1
Search:

Investigationes
CHARLES S. ANDREWS
3139 Brownton Road
Long Community, MS 38915



+7 495 287-42-34 info@ucoz.com
Mirum
sample map