[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Xəbərlər » Siyasi və iqtisadi » Qubadlı rayonunun işğalı günü
Qubadlı rayonunun işğalı günü
GanGZaman: Bazar, 2008-08-31, 12:58 PM | Mesaj # 1
Root Admin
Qrup: Admin
Mesaj: 824
Reputasiya: 0
Vəziyyət: (offline)
Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəifndən işğal edilməsindən 15 il ötür Avqustun 31-i Qubadlının işğal günüdür


Qubadlının işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, «Dənizdən dənizə böyük Ermənistan» yaradılması daşnaq ideoloqlarının çoxillik sərsəm xülyalarının tərkib hissəsi idi. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhə boyu erməni hücumlarının miqyası genqişləndirildi. Bir-birinin ardınca Ağdam, Füzuli və Cəbrayıl rayonları işğal edildi. Bu rayonların boşalması Qubadlını faktiki olaraq, mühasirə vəziyyətinə saldı. Avqust ayı ərzində həm Ermənistan həm də Laçın istiqamətindən hücumlar gücləndirildi.

Avqustun 30-da Həkəri çayı boyu kəndlərə atılan mərmilərin ardı arası kəsilmirdi. Günün ikinci yarısında başlanan yayım atəşi isə insanların son ümidini də qırdı. Həmin gecə Xanlıq kəndinə qədər olan bütün kəndlər ermənilərin əlinə keçdi. Səhəri gün isə tamamilə mühasirəyə düşən Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmadı. Bu işğal nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb. 31. 364 nəfər öz yurd-yuvasını tərk etməyə məcbur qalıb. Ümumilikdə bu döyüşlərdə 230 nəfər şəhid olub. Lakin itkilər yalnız bununla bitmir. Rayon ərazisində 23-ə yaxın mağara və IV və V əsrə aid 3 qalanın taleyi bu günədək məlum deyil. Bundan əlavə Qubadlının işğalı nəticəsində 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 21 klub, 1 tarix- diyarşünaslıq muzeyi və 60 kitabxana ermənilər tərəfindən dağıdılıb. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 874 saylı qətnaməsi ilə zəbt olunmuş torpaqlardan qoşunların çıxarılmasını tələb etsə də, Ermənistan hökuməti indiyədək buna məhəl qoymur.

Ekologiya və Təbii Sərvət Nazirliyindən azeriforum- a verilən məlumata görə ümumi sahəsi 80250 hektar olan Qubadlı respublikanın cənub-qərbində Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin 35 kilometr uzunluğunda Ermənistanla sərhəddə yerləşir. Qubadlının meşə fondu sahəsi 13160, meşə ilə örtülü sahəsi 7288, mədəni meşə əkini sahəsi isə 11 hektar olub. Qubadlı meşələri qırmızı palıd, vələs, qoz, şam, ağcaqayın, söyüd, andız, akasiya, yemişan, armud, zoğal, qarağat və başqa ağaclarla zəngin olub. Rayon ərazisində ehtiyatları 6247 min kvadratmetr olan, mişar daşı istehsalı üçün yararlı Hacılı tuf, kərpic istehsalına yararlı Xanlıqkənd gil, Eyvazlı bəzək əlvan daşları, şirin su yataqları var. Qubadlıda diametri 80 sm, hündürlüyü 35 metr, yaşı 160 il olan 2, diametri 150 sm, hündürlüyü 20 metr, yaşı 300 il olan 1, Xanlıq kəndində hündürlüyü 40 metr, yaşı 1600 il olan 3 şərq çinarları, Gödəklər kəndində isə yaşı 150 il olan saqqız ağacı təbiət abidəsi kimi qorunub. Qubadlı meşələri vaşaq, canavar, ceyran, cüyür, bezoar keçisi, dağ qoyunu, kəklik, meşə xoruzu, meşə toyuğu ilə zəngin olub.
Xatırladaq ki, Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Forum » Xəbərlər » Siyasi və iqtisadi » Qubadlı rayonunun işğalı günü
  • Page 1 of 1
  • 1
Search:

Investigationes
CHARLES S. ANDREWS
3139 Brownton Road
Long Community, MS 38915



+7 495 287-42-34 info@ucoz.com
Mirum
sample map