[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Xəbərlər » Siyasi və iqtisadi » Prezidentliyə namizədlərdən 7 nəfər .........
Prezidentliyə namizədlərdən 7 nəfər .........
GanGZaman: Şənbə, 2008-09-06, 1:35 PM | Mesaj # 1
Root Admin
Qrup: Admin
Mesaj: 824
Reputasiya: 0
Vəziyyət: (offline)
9 namizəd isə lazım olan 40 min imzanı toplayaraq MSK-ya təqdim edib


Oktyabrın 15-də keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmüş 21 nəfərdən 7-si müəyyən olunmuş vaxtda tələb olunan 40 min seçici imzalarını toplayaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilməyib. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, sentyabrın 5-i saat 18.00-a qədər Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, “Yaşıl Siyasət” Təşəbbüs Qrupunun sədri Mais Güləliyev, şair Ağaevli Əli İsa, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli lazım olan 40 min imzanı toplayaraq MSK-ya təqdim ediblər.

İşsiz Əlimuxtar Əkbərov isə imza vərəqələrini MSK-ya boş qaytarıb. Namizədliyi özü tərəfindən irəli sürülmüş 4 nəfər – Teymur Quliyev, Fikrət Əhədov, Mübariz Allahverdiyev və İntiqam Məmmədov öz namizədliklərini geri götürüblər. Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aparıcı elmi işçisi Qüdrət İsaqov namizədliyini geri götürməsi ilə bağlı mətbuata məlumat versə də, MSK-ya rəsmi müraciət etməyib. Buna görə də onun da adı imza vərəqələrini geri qaytarmayanlar sırasındadır. Beləliklə, işsiz Yaşar Əhmədov, sanitar Sevinc Quliyeva, həkim Vüqar Seyidov, “Ekspertiza” qəzetini baş redaktoru Süleyman Quliyev, işsiz Arif Əliyev, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əliyar Səfərli imzaları vaxtında geri qaytara bilməyiblər. A. Sarıyev bildirib ki, Ə. Səfərli və A. Əliyev imzaları saat 18.00-dan sonra MSK-ya gətirdiyi üçün qəbul edilməyib.

Forum » Xəbərlər » Siyasi və iqtisadi » Prezidentliyə namizədlərdən 7 nəfər .........
  • Page 1 of 1
  • 1
Search:

Investigationes
CHARLES S. ANDREWS
3139 Brownton Road
Long Community, MS 38915



+7 495 287-42-34 info@ucoz.com
Mirum
sample map