[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Xəbərlər » Siyasi və iqtisadi » Yeni ders ili valideyne neceye basha gelir?
Yeni ders ili valideyne neceye basha gelir?
GanGZaman: Bazar, 2008-09-07, 1:04 PM | Mesaj # 1
Root Admin
Qrup: Admin
Mesaj: 824
Reputasiya: 0
Vəziyyət: (offline)

Artıq valideynlər məktəb hazırlıqlarına başlayıblar

Yeni dərs ilinin başlanmasına bir həftə qalıb. Artıq valideynlər məktəb hazırlıqlarına başlayıblar. Valideynlər hətta bildirirlər ki, sentyabr ayı başlanan kimi satıcılar məktəbli ləvazimatlarının və pal-paltarın qiymətini artırırlar.

Övladını məktəbə göndərməyin valideynə neçəyə başa gəldiyini öyrənmək məqsədilə paytaxtın müxtəlif yerlərində yerləşən bir neçə dükanda olub qiymətlərlə maraqlandıq. Sadə hesablama nəticəsində isə məlum oldu ki, bir məktəblinin məktəbə getməsi onun valideynlərinə heç də ucuz başa gəlmir.

Qeyd edək ki, orta məktəb şagirdləri üçün dərsliklər Təhsil Nazirliyi tərəfindən məktəblərə pulsuz paylanılır. Bu, valideynlərin xərcini xeyri azaltsa da, digər dərs vəsaitləri xeyli xərc tələb edir.

Məsələn, əksər dükanlarda 12 vərəqli dəftərin qiyməti 10 qəpik, 20 vərəqli 25, 40 vərəqli 35, 100 vərəqli isə 70 qəpikdir. Məktəbliyə il ərzində təqribən 12-15 ədəd yüz vərəqli, eyni sayda 40 vərəqli dəftər lazım olur. Bu isə valideynin təkcə dəftərlərə 12 manatdan artıq xərc çəkməsi deməkdir. Birinci sinif şagirdləri üçün iş dəftərlərinin qiyməti 70 qəpikdir. Rəsm və rəsmxət dərsləri üçün albom 2 manatadır. Bir tədris ilinə 4-5 albom, yəni 8-10 manat pul tələb olunur.

Yazı ləvazimatlarına gəldikdə isə, bunları müxtəlif qiymətə almaq olar. Ən ucuz qələm 10 qəpikdir. İl ərzində şagirdə 30-dan artıq qələm lazım gəlir ki, bu da 3 manatdan artıq vəsaitdir. Pozanın qiyməti 40, xətkeş 50, karandaş 20 qəpikdən başlanır. Bunları dəst formasında aldıqda isə, 2-3 manat xərc çəkməli olursan. İldə bir şagirdə orta hesabla dörd belə yazı dəsti lazım olur. Bu isə təqribən 10 manat vəsait deməkdir. Rəngli karandaşlar əldə etmək üçün isə 2 manat 10 qəpikdən 4 manata qədər pul lazımdır. Say çöpü 60 qəpik, pərgar 2 manat, hesab aparmaq üçün şotka isə1 manat 20 qəpikdir.

Məktəbli çantasını 10-12 manatdan 20 manata qədər pul ödəməklə almaq olar. Bir çanta ilə bir tədris ilini başa vurmaq olar. Məktəblilər üçün ağ köynək 8-10 manatdan, şalvar, yubka və ayaqqabı 10 manatdan başlayır. Qızların saçına bağladığı lenti 50 qəpik, am corablar isə 60 qəpikdən başlanır, İdman dərsləri üçün tələb olunan formaların ucuzunu idman ayaqqabısı da daxil olmaqla 30 manata almaq olar.

Beləliklə, sadə hesablama aparmaqla müəyyən etmək olar ki, bir uşağı məktəbə göndərmək üçün valideyn dərs ləvazimatlarına orta hesabla 40 manat, geyimə isə 70 manat- ümumilikdə 110 manat pul xərcləməlidir.

Paytaxtın bahalı dükanlarında isə dərs ləvazimatlarının qiyməti olduqca bahadır. Bu cür dükanlarda 12 vərəqli dəftərin qiyməti 25 qəpikdən başlayır, rəsm albomu 9 manata, qələmin ucuzu 1 manata, karandaş 2 manat 50 qəpiyə, pərgar 9 manata, flamaster 10 manata, rəngli karandaş 15 manatadır. Bu cür dükanlarda 27 manat 50 qəpiyə 12 rəngli karandaşdan ibarət dəst də tapmaq olar. Bahalı dükanlarda çantaların qiyməti 40 manatdan 81 manata qədər dəyişir.

Paytaxtın mərkəz hissələrində yerləşən geyim dükanlarında da qiymətlər hər valideynin cibinə uyğun deyil. Bu dükanlarda qız üçün köynəklər 30, oğlanlar üçün 27 manata almaq olar. Şalvarlar 20-30, yubkalar 25-40, ayaqqabılar 50 manata satılır. Bu cür dükanlarda idman geyimini 40 manata, idman ayaqqabılarını 20-30 manata almaq olar.

Qeyd edək ki, bu aydan minimum əməkhaqqı artırılaraq 75 manata çatdırılıb. Deməli, valideynin bir aylıq minimum əməkhaqqına bərabər maaşına heç bir uşağı məktəbə yola salmaq mümkün deyil.

Forum » Xəbərlər » Siyasi və iqtisadi » Yeni ders ili valideyne neceye basha gelir?
  • Page 1 of 1
  • 1
Search:

Investigationes
CHARLES S. ANDREWS
3139 Brownton Road
Long Community, MS 38915



+7 495 287-42-34 info@ucoz.com
Mirum
sample map