[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Əyləncə » Sevgi » Sən mənim ömrümə bahar tək gəldin...
Sən mənim ömrümə bahar tək gəldin...
GanGZaman: Çərşənbə axşamı, 2008-09-02, 7:43 PM | Mesaj # 1
Root Admin
Qrup: Admin
Mesaj: 824
Reputasiya: 0
Vəziyyət: (offline)
Sən mənim ömrümə bahar tək gəldin..


Sevgidən ağlayan görməmişdim mən
Sənin qədər heç vaxt sevməmişdim mən
Belə sevilməkçün görməmiş dim mən
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Səninlə xoşbəxtəm, hamıdan fərqli
Səndən öncə gəzirdim yamanca dərdli
Səninlə tanıdım əri, namərdi
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Sənli dünyam mənə zəfər görünür
Sənsiz keçən ömür hədər görünür
Sevgindən qəlbimə atəş bürünür
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Sənə bağlanmışam qısa zamanda
Səninlə bağlıdır arzu, güman da
Sənsiz heç getməyir, durur zaman da
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Bil ki, özümdən çox sevirəm səni
Gözləyirəm hər han şirin kəlməni
Olmusan qəlbimin bircə həmdəmi
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Sanki bir dünyamda iki dünyasan
Sanki körpə tək mənə ana laylasan
Daim arzuladığım şirin xülyasan
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Axtarmışam səni ömrüm boyunca
Mən səni sevəcəm sənnən doyunca
Sənsiz həyat mənə olub oyuncaq
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Sən mənim balaca dünyam olmusan
Daim gözlədiyim xülyam olmusan
Yatıb görmədiyim röyam olmusan
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Gözlərimin baxan nuru sən oldun
Ürəyimin sevimli yarı sən oldun
Yaxşı ki məni sevən barı sən oldun
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Döyünən ürəyim, həyəcanımsan
Sən mənim damarda axan qanımsan
Qəlbimə yazılan bircə yarımsan
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

Sən mənim həyatda arzum-amalım
İstərdim hər zaman yanında qalım
Sən mənim şirinim, şəkərim-balım
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

İstərəm indicə yanına gəlim
Səni sevdiyimi desin bu dilim
Səninlə yazılıb mənim əcəlim
Sən mənim ömrümə bahar tək gəldin
Yazda bitən birinci nübar tək gəldin.

AykaZaman: Bazar ertəsi, 2008-09-08, 3:44 AM | Mesaj # 2
Qrup: Yeni istifadəçi
Mesaj: 5
Reputasiya: 0
Reproofs: 0%
Vəziyyət: (offline)
ela seirdi sag ol flirt

Aygun
ExEZaman: Bazar ertəsi, 2008-09-08, 11:47 PM | Mesaj # 3
Prezident
Qrup: Admin
Mesaj: 372
Reputasiya: 0
Vəziyyət: (offline)
evt cok güzeldi,ama bazi yerleri tam anlayamadim tsk kardes smile
GanGZaman: Cümə axşamı, 2008-09-11, 9:43 PM | Mesaj # 4
Root Admin
Qrup: Admin
Mesaj: 824
Reputasiya: 0
Vəziyyət: (offline)
ola biler azerice de ondan anlamamissin ama guzel siir
Forum » Əyləncə » Sevgi » Sən mənim ömrümə bahar tək gəldin...
  • Page 1 of 1
  • 1
Search:

Investigationes
CHARLES S. ANDREWS
3139 Brownton Road
Long Community, MS 38915



+7 495 287-42-34 info@ucoz.com
Mirum
sample map