Bunun üçün sizə ilk növbədə "HOST" gərəkdir. Siz hostu bir neçə yolla əldə edə bilərsiniz. Ya hostinq şirkətlərindən pullu host almaqla ya da ki, pulsuz host verən saytlardan istifadə etməklə.
Pal.az sizə pulsuz host verən saytların bəzilərinin adlarını aşağıda sadalayır.
Available for users only
Available for users only
Available for users only
Bu gün Burdan saytında necə qeydiyyatdan keçmək barəsində danışacağam.
1. http://www.freehostia.com saytını açdıqdan sonra Sign Up düyməsini basırıq.
2. "Choose your web hosting plan:" bölməsində heç bir dəyişiklik etmirik.
3. "Add a Domain Name to Host:" bölməsindən "Use a subdomain" alt bölməsini seçirik. (Əgər domaininiz mövcuddursa "Use my existing domain")
4. Seçdikdən sonra "Subdomain:" yazılan yerdə istədiyiniz subdomaini yaza bilərsiniz. Məsələn, ilkchatim (yanında freehostia.com yazmaq lazım deyil)
5. "Account owner details" bölməsindən isə özünüz haqqında məlumatları yazırsınız.
6. "Verification Code:" - Şəkildə gördüyünüz kodu bura daxil edirsiniz.
7. "Continue" - düyməsini sıxırsız.
8. Əgər sizin müraciət freehostia.com əməkdaşları tərəfindən qəbul olunarsa sizin e-mailinizə təsdiqlənmə məktubu gələcək.
Bu məktubda sizin login və parolunuz olacaq. Bunların nəyə lazım olduğunu növbəti xəbərlərdə qaçırmayın. Hələlik isə bu qədər.