[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Xəzər dənizi- UNO-ların məskəni…
GanGZaman: Cümə, 2008-07-25, 1:45 PM | Mesaj # 1
Root Admin
Qrup: Admin
Mesaj: 824
Reputasiya: 0
Vəziyyət: (offline)
Ötən XX əsrdə Azərbaycanda, Xəzərətrafı ərazilərdə naməlum obyektlər dəfələrlə müşahidə olunmuşdur. Xüsusən yay aylarında aktivləşən qalaktika obyektlərini daha çox bağlarda və dəniz sahilində dincələn insanlar müşahidə ediblər. Xəzər üzərində görünüb, qəfil də yoxa çıxan obyektlərin formaca diskəbənzər, kürəşəkilli və ay kimi parıltılı olduğu bildirilir. Hətta bir neçə insan həvəskar kamera ilə bu obyektləri lentə də alıb. Bu kimi faktlar Azərbaycanda və Rusiyada kosmik seysmologiya mərkəzlərində tədqiq olunur. Xəzərə UNO-ların marağının kökləri hələ XIX əsrlərə gedib çıxır. Amma sovet dönəmində bu faktlar ciddi-cəhdlə ictimaiyyətən gizlədilib və bütün informasiya Moskvada arxivləşdirilib.

Alimlərin qənaətinə görə, UNO-lar Xəzərin müxtəlif tektonik dərinliyində olan çox böyük enerji resurslarından mənbə kimi, belə demək mümkünsə, Yerə uçuşlar zamanı «enerjidoldurma məntəqəsi» kimi istifadə edirlər. Çoxları hətta irəli gedib, Xəzərin dərinliyində onların eniş nöqtəsinin də olduğunu deyirlər.

1999-cu ildə Bakıda baş vermiş genişmiqyaslı enerji qəzasından öncə səmada 4 ellipsformalı obyekt müşahidə olunmuşdu. Bu obyektlərdən biri-işıq saçan açıq-mavi rəngli iri, yumru obyekt 40 dəqiqə ərzində lentə köçürülüb və onun sorağı bütün dünyaya yayılıb.

  • Page 1 of 1
  • 1
Search:

Investigationes
CHARLES S. ANDREWS
3139 Brownton Road
Long Community, MS 38915



+7 495 287-42-34 info@ucoz.com
Mirum
sample map