GanG | Zaman: Çərşənbə axşamı, 2008-07-22, 9:33 PM | Mesaj # 1 | Root Admin Qrup: Admin Mesaj: 824Reputasiya: 0 Vəziyyət: (offline) | Quran sevimli Peyğəmbərimizin Allah-Təala tərəfindən gətirdiyi ən böyük möcüzədir. Bu İlahi Kitab yalnız müəyyən bir dövr üçün, zaman və məkan üçün deyil, Həzrət Məhəmmədin zamanından başlayaraq, Qiyamət gününədək bütün dövrləri, zaman və məkanları əhatə etdiyi üçün, şübhəsiz ki, onun möcüzəliliyi də bütün dönəmlər üçün nəzərdə tutulmalı, keçərli olmalıdır. Belə ki, əbədi xarakter daşıyan bu buyuruqların, ayinlərin əbədi bir möcüzəyə ehtiyacı var ki, hər əsrdə bütün nəsillər üçün aşkar bir dəlil olsun və bəşər övladı başqa mənbələrə müraciət etmədən bilavasitə, birbaşa onun özünə müraciət edə bilsin. Quran müxtəlif cəhətlərdən möcüzəyə malikdir və kiçik bir yazı ilə bütövlükdə bu mövzunu əhatə etmək qeyri-mümkündür. Tarixin şahidi olduğu kimi, Quran nazil olduğu dönəmdə Ərəbistan yarımadasında folklor, xüsusilə də, şeir çox yüksək inkişaf səviyyəsində idi. Bir çox şairlər gözəl şeirləri ilə məşhurlaşıb, böyük əsərlər yaratdılar. Məlum olduğu kimi, sevimli Peyğəmbərimiz, ümumiyyətlə, heç kəsdən dərs almayıb, yazmağı bilməyib və bircə sətir də şeir yazmayıb. Belə bir şəraitdə, Quranın nazil olduğu elə ilk günlərdən ayələrin ədəbi gözəlliyi, tərkiblərin füsunkarlığı və tamamilə yeni üslubda, misilsiz olması hər kəsin, xüsusilə də söz ustalarının nəzərini özünə cəlb etdi. Quranın bu xüsusiyyəti «fəsahət və bəlağət» adlandırılır. Amma Quranın möcüzəliliyi bununla bitmir!.. Quranın ecazkar xüsusiyyətləri yalnız Məhəmməd Peyğəmbərin dövrünə aid deyil. Əsrlərin keçməsinə baxmayaraq, Quranın ecazkar açıqlamaları hər bir dövrün insanına xitab mesaclar çatdırmaqdadır. Əgər 7-ci əsr ərəb cəmiyyəti üçün Quranın ədəbi tərtibatı, füsunkar təbirləri, fəsahət və bəlağəti fövqəltəbii nəzərə gəlirdisə, günümüzün cəmiyyəti 20-ci əsrin elmi nailiyyətləri nəticəsində edilən kəşflərin hələ 14 əsr öncə Quranda şəffaf şəkildə açıqlanmasını əsl İlahi möcüzə hesab edə bilər. Həqiqətən də bu ecazkar məqamlar bu kitabın məhz Allah tərəfindən nazil olunduğuna ən bariz sübutdur. «(Ya Məhəmməd!) De ki: «Onu (Quranı) göylərin və yerin sirlərini bilən (Allah) nazil etmişdir» («Fürqan» surəsi, ayə 6). Belə isə, tərəddüd etmədən deyə bilərik ki, Quranın möcüzəliliyi, ecazkarlığı davam edir!.. | | |
|