GanG | Zaman: Çərşənbə axşamı, 2008-07-22, 9:35 PM | Mesaj # 1 | Root Admin Qrup: Admin Mesaj: 824Reputasiya: 0 Vəziyyət: (offline) | Surələr orada söhbət açılan mövzular ilə əlaqələndirilib və beləliklə, özünəməxsus adlarla adlandırılıb. Məsələn, «Bəqərə», yəni dilimizdə inək adlanan surədə «Bəni-İsrailin inəyi» barədə söhbət açıldığı üçün, bu surəyə «Bəqərə», yəni «İnək» adı verilib. «Nisa», yəni «Qadınlar» surəsinin belə bir adla adlandırılmasının səbəbi isə həmin surədə qadınlar və onların hüquqları barədə söhbət açılması olub. «Ənam» - davar, «Ali İmran» - «İmran ailəsi» və sair surələri də buna misal çəkmək olar. Bildiyimiz kimi, «nisa» kəlməsindən Quranın müxtəlif surələrində istifadə olunub. Lakin heç bir surədə «nisa» kəlməsi nə bu surədə istifadə olunduğu qədər istifadə olunub, nə də qadınların hüququ barədə söhbət açılıb. «Maidə», yəni «süfrə» kəlməsi isə bu surədən başqa heç bir surədə istifadə olunmayıb. Lakin buradan belə bir sual meydana gəlir. «Hud» surəsində Nuh, Saleh, İbrahim, Lut, Şueyb və Musa peyğəmbərlər barədə söhbət açılıb. Nə üçün bu surə həmin peyğəmbərlərin adları ilə deyil, məhz Hud Peyğəmbərin adı ilə adlandırılıb? Bir halda ki bu surədə Nuh Peyğəmbərin əhvalatı Hud Peyğəmbərin əhvalatından daha geniş şəkildə işıqlandırılıb. Bəziləri sualın cavabında deyiblər ki, həmin peyğəmbərlərin əhvalatı «Əraf» və «Şuəra» surələrində daha geniş şəkildə işıqlandırılıb. Lakin bu iki surənin heç birində Hud Peyğəmbərin adı «Hud» surəsində istifadə olunduğu qədər istifadə olunmayıb. Belə ki, «Hud» surəsində həmin peyğəmbərin adı 4 dəfə çəkilib. Bütün bunlara rəğmən, surələrin belə adlandırılması elə Həzrət Məhəmmədin (s.ə.s) öz dövründə, bilavasitə özü tərəfindən həyata keçirilib. Peyğəmbərimiz ayələr nazil olduqca, hansı surəyə aid olduğunu həmin surələrin adlarıyla açıqlayıb və demək, belə bir qənaətə gəlmək olar ki, surələrin adlandırılması da məhz Peyğəmbərin göstərişi əsasında olub. | | |
|