GanG | Zaman: Çərşənbə axşamı, 2008-07-22, 9:36 PM | Mesaj # 1 | Root Admin Qrup: Admin Mesaj: 824Reputasiya: 0 Vəziyyət: (offline) | Ayələr nazil olduqca, Məhəmməd Peyğəmbər (s.ə.s) onları katiblərinə yazdırar və bu yazıları evində saxlayardı. Lakin yazılan ayələr daş, sümük, dəri və bəzən kağız parçaları üzərində yazıldığı və paralel olaraq, «hafizlər» tərəfindən əzbərləndiyi üçün, vahid nüsxə halına salınmamışdı. Axı Peyğəmbərimiz həyatda ikən ayələrin nazilolma prosesi hələ də davam edirdi. Peyğəmbər (s.ə.s) dünyasını dəyişdikdən sonra, Həzrət Əli (ə) və bir sıra digər səhabələr Quran hissələrini yığıb bir kitab şəklində toplamağa başlayırlar. Sevimli Peyğəmbərimizdən sonra səhabə Əbu Bəkr xəlifə seçilir və onun xilafəti zamanı Müsəyləmə adlı bir fırıldaqçı peyğəmbərlik iddiası edərək qiyam qaldırır. Müseyləmə camaatı öz ətrafına toplayır və İslama qarşı savaş açır. Xəlifə qiyamın qarşısını almaq məqsədilə Yəmaməyə qoşun göndərir və həmin ordunun bir hissəsini Quran hafizləri təşkil edirdi. Döyüş müsəlmanların qələbəsi ilə başa çatsa da, Quranı əzbərdən bilənlərin 70, bəzi rəvayətlərə görə, 300-400 nəfəri orada şəhid olur. Tarixçilərin yazdıqlarına görə, şəhid olan Quran hafizlərinin hamısı Peyğəmbərin səhabələrindən olub. Tarixçilər səhabə Zeyd bin Sabitin bunları söylədiyini yazırlar: Yəmamə döyüşündən sonra Əbu Bəkr məni öz yanına çağırdı. Mən oraya daxil olduqda, Ömər bin Xəttab da Əbu Bəkrin yanında idi. Əbu Bəkr məni görcək dedi: Ömər deyir ki, Yəmamə döyüşü müsəlmanlar üçün baha başa gəlib və Quranı əzbərdən oxuyanların böyük bir qismi həlak olub. Qorxuram, bundan belə baş verən döyüşlərdə də onların qalanları həlak ola və Quranın böyük hissəsi onların sinələrində aradan getsin. Belə fikirləşirəm, təxirə salmadan Quranı bir yerə yığsaq, daha yaxşı olar… Zeyd bin Sabit Quranın yığılmasına razılıq verir. Bununla da Həzrət Peyğəmbərin vəfatından dərhal sonra, xəlifə Əbu Bəkrin zamanında Zeyd bin Sabitin rəhbərlik etdiyi qrup vasitəsilə ilk dəfə olaraq hafiz və katiblər bir araya gətirilir, ayrı-ayrı Quran səhifələri bir yerə toplanır və Quran vahid bir kitab formasında yığılır. Beləliklə, xilafətin ilkin çağında Qurani-Kərim vahid nüsxə halına salınır və bu nüsxəyə «məshəf» adı verilir. | | |
|